Mastering nədir?
Mastering – studiyada qarışdırılmış (mix olunmuş) musiqinin son işlənmə prosesidir. Bu mərhələdə səsin ümumi balansı, dinamikası, ton rəngi və səs yüksəkliyi peşəkar şəkildə tənzimlənir. Məqsəd odur ki, mahnı bütün qulaqlıq, avtomobil akustikası, ev dinamikləri və ya radio/stream platformalarında eyni keyfiyyətlə səslənsin.
Mastering nə üçündür?
Mahnının ümumi keyfiyyətini artırmaq
Səsi daha balanslı və aydın etmək
Bütün dinləmə cihazlarında stabil və güclü səslənməsini təmin etmək
Mahnını sənaye standartına uyğunlaşdırmaq (məsələn, Spotify, YouTube, radio üçün)
Bir albomda bütün treklərin vahid səslənməsini yaratmaq
Qısaca desək, mastering – mahnıya “son makiyaj”dır, yəni qulağa hazır və peşəkar səslənməsi üçün atılan son addımdır.